Valyuta məzənnəsi
Xəbər lentİ

Dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibəyə ərizə qəbulu davam edir

17:27, 06.08.19
azerbaycan, cemiyyet
Dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibəyə ərizə qəbulu davam edir

Dövlət qulluğu vəzifələri üzrə ümumi müsahibəyə ərizə qəbulu davam edir

Dövlət orqanlarında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə avqustun 2-də elan olunmuş ümumi müsahibəyə ərizə qəbulu davam edir.

Xeberpress.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə sentyabrın 2-si saat 18:00-dək DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Bu gün saat 16:40-a olan məlumata görə, ümumi müsahibədə iştirak üçün 39 nəfər müraciət edib.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 21-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 42-si isə B növünə (inzibati icraçı) aiddir. Ümumilikdə Kənd Təsərrüfatı Nazirliyində 13, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 15, Dövlət Statistika Komitəsində 5, Gəncə Hərbi Məhkəməsində 1, Maliyyə Nazirliyində 3, Milli Arxiv İdarəsində 1, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 5, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 2, Şəki Apelyasiya Məhkəməsində 10, Təhsil Nazirliyində 3, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 6 vəzifə olmaqla 65 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla