Valyuta məzənnəsi
Xəbər lentİ

Cocuq Mərcanlıda “Hərbi-səhra döyüş travması simpoziumu və travma kursu” təşkil olunub

16:56, 05.08.19
azerbaycan, bolge
Cocuq Mərcanlıda “Hərbi-səhra döyüş travması simpoziumu və travma kursu” təşkil olunub

Cocuq Mərcanlıda “Hərbi-səhra döyüş travması simpoziumu və travma kursu” təşkil olunub

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hospitalı hərbi tibb sahəsində yeniliklərin öyrənilməsi, müasir texnologiyaların, qabaqcıl təcrübələrin tətbiq edilməsi, ən yeni tibbi avadanlığın istifadəsi sahəsində yerli və beynəlxalq tibbi təşkilatlarla faydalı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli fəaliyyətini davam etdirir.

Xeberpress.az bildirir ki, DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, bu tədbirlərin davamı olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının və Azərbaycan Respublikası Hərbi Cərrahlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş “Hərbi-səhra döyüş travması simpoziumu və travma kursu” təşkil olunub.

Tədbirdən əvvəl simpoziumun iştirakçıları və dəvət olunmuş qonaqlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olublar.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan simpoziumda Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırıldığı, onların sağlamlığının ciddi nəzarətdə saxlanıldığı, hərbi tibb müəssisələrinin ən müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunduğu bildirilib. Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığı, DSX-nin bütün şəxsi heyəti üçün Ali Baş Komandanın göstərişlərini icra etməyin şərəf və yüksək məsuliyyət olduğu iftixarla qeyd olunub.

Simpoziumda DSX-nin hərbi hospitalının rəisi, tibb üzrə elmlər doktoru, Əməkdar həkim, tibb xidməti polkovniki Kənan Yusifzadə və Azərbaycan Respublikası Hərbi Cərrahlar İctimai Birliyinin mütəxəssisləri çıxış edərək ölkəmizdə hərbi cərrahiyyənin inkişafının əhəmiyyətindən və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən söz açıblar. Çıxışlarda hərbi səhra cərrahiyyəsinin təşkili, silahlı yaralanmalarda cərrahi müalicənin prinsipləri, damar yaralanmalarının müasir aspektləri, odlu silah travmalarından sonra yuxarı və aşağı ətrafların imobilizasiyası, tənəffüs yollarının zədələnməsi zamanı asfiksiyanın aradan qaldırılması, kəllə-beyin travmaları zamanı trepanasiya, sidik-cinsiyyət sisteminin odlu silah yaralanmaları zamanı müalicəsi və diaqnostikası, çanaq sümüklərinin sınıqları zamanı eksternal fiksatorların qoyulması mövzusunda mühazirələr oxunub, praktiki dərslər keçirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla