Valyuta məzənnəsi
Xəbər lentİ

“Sədərək” ticarət mərkəzindəki anbarda yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

09:22, 05.08.19
azerbaycan, hadise
“Sədərək” ticarət mərkəzindəki anbarda yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

"Sədərək" ticarət mərkəzindəki yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.​

XXX

20:59

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb.

Xeberpress.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

XXX

17:10

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.

Xeberpress.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla