Valyuta məzənnəsi
Xəbər lentİ

Binəqədidə polislərin səyi nəticəsində yanğının qarşısı qısa zamanda alınıb

14:12, 01.08.19
azerbaycan, hadise
Binəqədidə polislərin səyi nəticəsində yanğının qarşısı qısa zamanda alınıb

Binəqədidə marketdə baş verən yanğının böyüməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat etibarlı şəkildə təmin olunur. Bunu sübut edən daha bir hadisə Binəqədi rayonunda qeydə alınıb.

Xeberpress.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildiriblər ki, gecə saatlarında rayon ərazisində xüsusi texniki avadanlıqla qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə “Həyəcan” siqnalı daxil olub. Binəqədi Mühafizə İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanıb və marketin daxilində yanğın baş verdiyi müşahidə edilib. Alovun qısa zamanda böyüməsinin və ətraf ərazilərdə olan yaşayış evlərinə keçməsinin qarşısını almaq üçün polis əməkdaşları vaxt itirmədən həyatlarını təhlükə altına qoyaraq obyektin qapısını sındırıb içəri daxil olublar. Yanğının qarşısı polislərin səyi nəticəsində qısa zamanda alınıb və yanğının geniş miqyasda yayılmasına imkan verilməyib.

Obyektə baş verən yanğının səbəbləri araşdırılır. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək onlara müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün bütün saatlarında etibarlı şəkildə qorunur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla