Valyuta məzənnəsi
Xəbər lentİ

Devid Bekhem Madrid klubunun ABŞ-dakı səfiri olacaq

12:15, 25.10.16
azerbaycan, idman
Devid Bekhem Madrid klubunun ABŞ-dakı səfiri olacaq

Vaxtilə “Real” klubunda forma geyinmiş ingiltərəli futbol ulduzu Devid Bekhem yenidən Madrid klubu üçün çalışacaq.

Xeberpress.az “Marca” qəzetinə istinadla xəbər verir ki, 41 yaşlı mütəxəssis “kral klubu”nda səfir vəzifəsini icra edəcək.

D.Bekhem Madrid təmsilçisinin ABŞ-dakı səfiri olması təklifini qəbul edib. Məlum olub ki, o, Amerikada İspaniya nəhənginin marka reklamı ilə məşğul olacaq.

Qeyd edək ki, 2003-2007-ci illərdə “Real”ın formasını geyinmiş Bekhem 2007-2012-ci illərdə ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda çıxış edib və hazırda bu ölkədə yaşayır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla