Valyuta məzənnəsi
Xəbər lentİ

Güləşçimiz Cəbrayıl Hacıyev dünya çempionatında qızıl medal qazanıb

09:25, 31.07.19
azerbaycan, idman
Güləşçimiz Cəbrayıl Hacıyev dünya çempionatında qızıl medal qazanıb

Yeniyetmə güləşçimiz Cəbrayıl Hacıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Xeberpress.az bildirir ki, Azərbaycan Güləş Federasiyasından verilən məluamta görə, yarışda 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.

Güləşçimiz Cəbrayıl Hacıyev (65 kiloqram) ilk görüşündə türk rəqibini çətinlik çəkmədən məğlub edib - 11:5. Avropa Gənclər Olimpiya Festivalının çempionu sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yapon güləşçini də mübarizədən kənarlaşdıran Cəbrayıl yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında C.Hacıyevin rəqibi Gürcüstan təmsilçisi olub. Festivalda tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığmamızın üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb.

C.Hacıyev həlledici görüşdə festivalın finalında məğlub etdiyi Rusiya idmançısıyla qarşılaşıb və Bakıdakı ssenari təkrarlanıb. Yenə hesabda geriyə düşən yığmamızın üzvü 6:4 hesablı əzmkar qələbə qazanaraq dünya çempionu olub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla