Valyuta məzənnəsi
Xəbər lentİ

Yavaş-yavaş anladım ki, dostluğumuzu pozur - RÖYA

10:46, 30.07.19
azerbaycan, maqazin
Yavaş-yavaş anladım ki, dostluğumuzu pozur - RÖYA

Əməkdar artist Röya Ayxan uzun fasilədən sonra yenidən İnstaqrama qayıdıb.

Müğənni aparıcı Nəsib Nurun həyat yoldaşı Pərvanənin ad günündən foto paylaşaraq, onu təbrik edib.

Röyanın 1 aydan sonra yenidən fotosunu yayımlaması izləyicilərini də təəccübləndirib. Onlar müğənniyə onun üçün çox darıxdıqlarını yazıblar.

Qeyd edək ki, Röya sosial şəbəkədən getməsini virtual həyatının şəxsi münasibətlərinə zərər verməsi ilə əlaqələndirib. "Yavaş-yavaş anladım ki, İnstaqram həyatımızdan yaddaşımızı, dostluğumuzu pozur. Biz artıq otururuq, danışmağa söz tapmırıq. Çünki hər şeydən orada xəbərdarsan, hər şeyi bilirsən və siar" deyə, Röya bildirmişdi.

Röyanın İnstaqramda 1,8 milyon izləyicisi var.

Yavaş-yavaş anladım ki, dostluğumuzu pozur - RÖYA

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla