Valyuta məzənnəsi
Xəbər lentİ

“Qarabağ”–“Dundalk” oyununda əvvəl keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlandı

16:51, 29.07.19
azerbaycan, idman
“Qarabağ”–“Dundalk” oyununda əvvəl keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlandı

“Qarabağ”–“Dundalk” oyununda əvvəl keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub

İyulun 31-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq “Qarabağ”–“Dundalk” (İrlandiya) qarşılaşmasından əvvəl keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Xeberpress.info-nun məlumatına görə, klubun “Facebook” səhfəsində xəbər verilir ki, hər iki klubun baş məşqçisinin mətbuat konfransı iyulun 30-da “Azərsun Arena”nın mətbuat zalında təşkil olunacaq. “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov saat 18:15-da, “Dundalk”ı çalışdıran Stiven Kenni isə saat 19:30-da media mənsublarının önünə çıxacaq. Hər iki komandanın məşqinin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, “Qarabağ”–“Dundalk” matçı iyulun 31-də saat 21:00-da başlayacaq. İrlandiyada baş tutan ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla