Valyuta məzənnəsi
Xəbər lentİ

Səhiyyə Nazirliyinin qəza nəticəsində xəsarət alan 6 nəfərlə bağlı məlumatı

10:57, 29.07.19
azerbaycan, hadise
Səhiyyə Nazirliyinin qəza nəticəsində xəsarət alan 6 nəfərlə bağlı məlumatı

Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış, "NUR" marketin yanında) ağır yol nəqliyyat hadisəsi baş verib, mikroavtobus yük avtomobili ilə toqquşub.

Xeberpress.az bildirir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma çağırış saat 7:42-də daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib.

Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün vəziyyəti orta ağırdır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla