Valyuta məzənnəsi
Xəbər lentİ

İdmançılarımız dünya birinciliyində dörd medal qazanıblar

09:08, 29.07.19
azerbaycan, idman
İdmançılarımız dünya birinciliyində dörd medal qazanıblar

Azərbaycanlı idmançılar dünya birinciliyində dörd medal qazanıblar.

İyulun 28-də Macarıstanın paytaxtı Budapeştdə savat - Fransa boksunun asso versiyası üzrə yeniyetmə və gənclər arasında dünya birinciliyinə yekun vurulub.

Xeberpress.az bildirir ki, ölkəmizi Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının prezidenti və böyük məşqçisi, respublikanın Əməkdar məşqçisi Rafiq Əliyevin rəhbərliyi ilə 5 idmançı təmsil edib.

Yığma komandamızın üzvü Aydın Sayadlı finalda rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib. Digər idmançılarımız Xəyal Astanov, Ayman Mahalov və Səid İbrahimov isə dünya birinciliyində bürünc medal qazanıblar.

Qeyd edək ki, dünya birinciliyinə 2021-ci ildə Bakı ev sahibliyi edəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla