Valyuta məzənnəsi
Xəbər lentİ

Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb - “EYOF Bakı 2019”

09:03, 24.07.19
azerbaycan, idman
Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb -  “EYOF Bakı 2019”

“EYOF Bakı 2019”: Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb

İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə Azərbaycan pəhləvanı Cəbrayıl Hacıyev (65 kq) finalda rusiyalı Batırbek Tsxovrebov ilə qarşılaşıb.

Görüşdə 0:4 hesabı ilə geridə olmasına baxmayaraq, möhtəşəm geri dönüş edən Cəbrayıl Hacıyev 6:5 hesabı ilə qalib gələrək festivalda ölkəmizə səkkizinci qızıl medalı qazandırıb.

Xatırladaq ki, idmançımız finala gedən yolda gürcüstanlı David Patsinaşvilini (13:3), türkiyəli Hamza Duhan Dumanı (10:0), yarımfinalda isə isveçrəli Umar Mavlayevi (10:0) məğlub edib.

Bu çəki dərəcəsində bürünc medalları gürcüstanlı David Patsinaşvili və ukraynalı İvan Semyonov aktivlərinə yazdırıblar.

Fəxri kürsüdə yer alan idmançıların mükafatlandırılması mərasimində qaliblərə medalları Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev təqdim edib.

Qalib idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla