Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

Gənclər Fondu gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üzrə 12-ci qrant müsabiqəsinin nəticələrini elan etdi

13:10, 23.07.19
azerbaycan, cemiyyet
Gənclər Fondu gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üzrə 12-ci qrant müsabiqəsinin nəticələrini elan etdi

Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üzrə 12-ci qrant müsabiqəsinin nəticələrini elan edir!

Xeberpress.az-ın məlumatına görə, Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 99, beynəlxalq layihələr üzrə 6 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilmişdir.

12-ci qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: https://youthfoundation.az/51579

Qeyd 1: Nəzərinizə çatdırırıq ki, qrantın alınması məqsədilə bu gündən etibarən müsabiqədə qalib olmuş hər bir gənclər təşkilatı Gənclər Fondunun rəsmi internet saytına öz kod və şifrəsi vasitəsi ilə daxil olaraq müqavilənin elektron şəkildə razılaşdırılmasını həyata keçirə bilərlər.

Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqələri çərçivəsində gənclər təşkilatı ilə Gənclər Fondu arasında qrant müqaviləsinin bağlanması üçün elektron pəncərədən istifadə edilməlidir: (https://bit.ly/2SdpGKi)

Qeyd 2: Qrantın alınması məqsədilə müqavilələrin imzalanması üçün sənədlərin son göndərilmə tarixi 5 avqust 2019-cu il müəyyən edilmişdir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla