Valyuta məzənnəsi
Xəbər lentİ

Binəqədidə güclü külək 2 ağaci kökündən çıxardı

12:44, 23.07.19
azerbaycan, hadise
 Binəqədidə güclü külək 2 ağaci kökündən çıxardı

Bakıda ötən gündən əsməyə başlayan güclü külək nəticəsində 2 ağac kökündən çıxaraq aşıb.

Xeberpress.az bildirir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

O.Məmmədov əlavə edib ki, güclü külək nəticəsində Bakının müxtəlif ərazilərində 7 ağacın budaqları sınıb.

Şöbə rəisi iyulun 22-dən birliyin gücləndirilmiş iş rejimində çalışdığını, hazırda birliyin əməkdaşlarının fəsadların aradan qaldırılması üçün səfərbər olunduğunu söyləyib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla