Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Qobustan və Şamaxı vətəndaşları ilə görüşəcək

11:39, 23.07.19
azerbaycan, siyaset
Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Qobustan və Şamaxı vətəndaşları ilə görüşəcək

Səfər Mehdiyev Qobustan Olimpiya İdman Kompleksində Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək

Xeberpress.az-ın məlumatına görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iyulun 26-da saat 10:00-da Qobustan Olimpiya İdman Kompleksində (Heydər Əliyev pr.5) Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Həmin gün saat 10:00-da Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Siyəzən rayon Heydər Əliyev Mərkəzində (Siyəzən şəhəri, Heydər Əliyev küç. 50) Siyəzən rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbullar zamanı yalnız Qobustan, Şamaxı, Siyəzən rayonlarının sakinlərinin və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbullarda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla