Valyuta məzənnəsi
Xəbər lentİ
 13:02  Sabahın HAVASI

Qarabağ Komitəsinin mitinqi ilə bağlı xəbərdarlıq edildi

11:12, 23.07.19
azerbaycan, siyaset
Qarabağ Komitəsinin mitinqi ilə bağlı xəbərdarlıq edildi

Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, xəbərdarlıq edilib.

Xeberpress.az bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, icazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq.

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla