Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Bakı Nəqliyyat Agentliyindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

10:12, 23.07.19
azerbaycan, cemiyyet
 Bakı Nəqliyyat Agentliyindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi (BNA) müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir.

Xeberpress.az-ın məlumatına görə, Agentlikdən bildirilib ki, sərnişinlər avtobus dayanacaqlarında gözləyərkən diqqətli olmalıdır. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməməli, həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət etməlidirlər. BNA sürücülərə tövsiyə edir ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Vətəndaşlardan hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin “141” Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla