Valyuta məzənnəsi
Xəbər lentİ

Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb

16:36, 22.07.19
azerbaycan, idman
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb

Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb

İyulun 22-də Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (48 kq) bu mötəbər turnirdə ölkəmizin aktivinə üçüncü qızıl medalı yazdırıb.

Xeberpress.az bildirir ki, təmsilçimiz qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Xviça Abuladzeni 6:0 hesabı ilə məğlub edib.

Bu çəki dərəcəsində bürünc medal uğrunda görüşlərdə Belarus təmsilçisi Maksim Stupakeviç türkiyəli Emin Çelikə, almaniyalı Noah Englix isə moldovalı Andrey Vitana qalib gəliblər.

Xatırladaq ki, Q.Qurbanov ilk qarşılaşmada Polşadan olan rəqibi Kaçper Karaskieviçi tam üstünlüklə məğlub edib – 8:0. O, daha sonra türkiyəli Emin Çakırı 10:0, Maksim Stupakeviçi (Belarus) 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla