Valyuta məzənnəsi
Xəbər lentİ

Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı 41 Təcili Tibbi Yardım briqadası növbə çəkəcək

10:40, 19.07.19
azerbaycan, cemiyyet
 Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı 41 Təcili Tibbi Yardım briqadası növbə çəkəcək

Səhiyyə Nazirliyi: Festival günlərində 41 Təcili Tibbi Yardım briqadası növbə çəkəcək

Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə, müəyyən olunmuş yerlərdə 41 Təcili Tibbi Yardım briqadası növbə çəkəcək.

Xeberpress.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, bu, iyulun 29-na qədər davam edəcək.

Bundan əlavə, bu tədbirə səhiyyə sisteminin 270 tibb işçisi də cəlb olunub. Bura poliklinikalar və xəstəxanalardan olan mütəxəssislər daxildir ki, onlar yarışlar keçirilən yerlərdə yaradılan tibb məntəqələrində növbə çəkəcəklər.

Əgər yarış iştirakçıları, yaxud yarışları seyr etməyə gələn tamaşaçılardan kiminsə hospitalizasiyaya ehtiyacı olsa, onlar təcili tibbi yardım briqadaları tərəfindən diaqnozlarından asılı olaraq Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Travmatologiya İnstitutu və Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriləcəklər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla