Valyuta məzənnəsi
Xəbər lentİ

Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı və izahat istənildi

17:31, 15.07.19
azerbaycan, siyaset
Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı və izahat istənildi

Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, izahat istənildi

İyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir etməsi ilə bağlı Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib.

Xeberpress.az bildirir ki, bu barədə Trend Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Məlumatda deyilir: "Təəssüf hissi ilə qeyd edirik ki, bu cür hərəkətlərə yol verilməsi Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin ruhuna tamamilə ziddir və bunu iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndiririk".

Azərbaycan Xarici İşlər Nazirliyi bu insidentin araşdırılaraq müvafiq tədbirlərin görülməsi və görülmüş işlərə dair XİN-in məlumatlandırılmasını qarşı tərəfdən tələb edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla