Valyuta məzənnəsi
Xəbər lentİ

Siqareti tərgitmək istəyənlərə dövlət tərəfindən yardım ediləcək

09:51, 25.10.16
azerbaycan, cemiyyet
Siqareti tərgitmək istəyənlərə dövlət tərəfindən yardım ediləcək

Azərbaycanda siqareti tərgitmək istəyənlərə dövlət tərəfindən yardım ediləcək.

Xeberpress.az Trend-ə istinadən bildirir ki, Milli Məclisdən verilən məlumata görə, bu barədə məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanan "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun lahiyəsində öz əksini tapıb.

Qanun layihəsində siqareti tərgitmək istəyənlər üçün xüsusi dövlət proqramı əsasında dövlət, bələdiyyə və özəl səhiyyə müəssisələrində pulsuz yardımın göstərilməsi nəzərdə tutulur.

Qanun layihəsində həmçinin siqaretin uşaqlara, yeniyetmələrə satılmaması məsələsi öz əksini tapıb. Bundan əlavə, qanun layihəsində siqaret əleyhinə təbliğatın aparılması, bir çox qapalı məkanlarda siqaret çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla