Valyuta məzənnəsi
Xəbər lentİ

Ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edildi - FOTO

12:41, 15.07.19
azerbaycan, siyaset
Ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edildi - FOTO

Ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edildi

İyulun 15-də Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclasının iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə tər güllər düzülüb.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edildi - FOTO
Ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edildi - FOTO
Ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edildi - FOTO

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla