Valyuta məzənnəsi
Xəbər lentİ

Nazirliyin Şəkidəki hadisədə xəsarət alanların son vəziyyəti ilə bağlı AÇIQLAMASI

11:32, 15.07.19
azerbaycan, hadise
Nazirliyin Şəkidəki hadisədə xəsarət alanların son vəziyyəti ilə bağlı AÇIQLAMASI

Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının qarşısında baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib.

Xeberpress.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicəsi davam edən Xatirə Ağamalıyevanın (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) vəziyyəti ağırdır.

Digər yaralı Elxan Məmmədovun (onurğanın qapalı travması) vəziyyəti isə orta-ağırdır.

1 saylı Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla