Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycandakı orta məktəblərdə qadın müəllimlərin sayı üstünlük təşkil edir - Nazir

12:23, 12.07.19
azerbaycan, medeniyyet
 Azərbaycandakı orta məktəblərdə qadın müəllimlərin sayı üstünlük təşkil edir - Nazir

Azərbaycandakı orta məktəblərdə qadın müəllimlərin sayı üstünlük təşkil edir.

Bu fikri Təhsil naziri Ceyhun Bayramov qeyd edib.

Onun sözlərinə görə, müəllim işləmək üçün müraciət edən kişilərin sayında da artım müşahidə edilir: "Ötən illərlə müqayisədə müraciət edən kişi müəllimlərin sayında artım var. Ancaq qısa müddətdə orta məktəbdə qadın-kişi müəllimlərinin nisbətinin tarazlıq yaradacağını gözləmək düzgün olmaz. Biz müəllim işləmək üçün müraciət edən kişilərin sayında artımın olmasını böyük məmnunluq hissi ilə qeyd edirik, çünki bütün sahələrdə olduğu kimi təhsildə də daha yaxşı nəticələrin əldə edilməsi üçün balansın qorunması vacibdir".

"Bu il orta məktəblərdə ötən ildəkindən daha çox sayda vakant müəllim yerinin elan olunacağı gözlənilir."

Nazirin sözlərinə görə, iyulun 8-dən başlayaraq Azərbaycanda mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu imtahanı keçirilir:

"Bu il elektron ərizələrini qeydiyyatdan keçirən müəllimlərin sayı 56 mindən çox olub. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Test imtahanlarının iyulun 24-nə qədər keçiriləcəyi nəzərdə tutulur. İmtahanlarda hər gün orta hesabla 3200-ə yaxın müəllim iştirak edir".

C.Bayramov əlavə edib ki, hazırda bütün ölkə üzrə orta məktəblərdə vakant yerlərin sayı dəqiqləşdirilir: "Yaxın zamanlarda bütün vakant yerlər elan ediləcək. Düşünürük ki, bu il ötən ildəkindən daha çox sayda vakant yer elan olunacaq. Namizədlərin sayını və rəqabətliliyini nəzərə alaraq gözləntimiz ondan ibarətdir ki, vakant yerlər 100 faiz tutulacaq. Çünki son illərdə Təhsilin İnkişafı üzrə Strategiyaya uyğun aparılan kompleks tədbirlər nəticəsində çox müsbət dinamika müşahidə olunur və müəllimlik rəqabətli peşəyə çevrilib".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla