Valyuta məzənnəsi
Xəbər lentİ

Bakı şəhəri üzrə əlilliyi olan şəxslər nazirlik və BP-nin birgə layihəsi olan məşğulluq proqramına cəlb ediləcəklər

14:16, 10.07.19
azerbaycan, cemiyyet
 Bakı şəhəri üzrə əlilliyi olan şəxslər nazirlik və BP-nin birgə layihəsi olan məşğulluq proqramına cəlb ediləcəklər

Bakı şəhəri üzrə əlilliyi olan şəxslər nazirlik və BP-nin birgə layihəsi olan məşğulluq proqramına cəlb ediləcəklər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-“British Council”ın birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın ikinci fazasında 100 nəfər əlilliyi olan şəxsin məşğulluq inkanlarının inkişaf etdirilməsinə yönəlmiş tədbirlər həyata keçiriləcək.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov və nazirliyin əməkdaşlarının “British Council” şirkətinin direktor müavini Nigar Baimova, BP şirkətinin nümayəndəsi Vüsal Əliyev və Layihə üzrə menecer Flora Poladova ilə nazirlikdə keçirilən görüşündə vurğulanıb.

Xeberpress.az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, görüşdə qeyd olunub ki, proqramda iştirak etmək istəyən əlilliyi olan şəxslər Məşğulluq Mərkəzlərinə avqustun 1-dək müraciət edə bilərlər. Layihə iştirakçılarının potensial keyfiyyətli işçi qüvvəsi kimi müxtəlif müəssisələr tərəfindən tanınmasına dəstək göstəriləcək.

Bu ilin sentyabrından gələn ilin mayınadək olan müddəti əhatə edəcək layihənin ikinci fazasında ingilis dili, kompüter bacarıqları, sosial bacarıqlar tədris olunacaq, psixoloji konsultasiyalar aparılacaq. Həmçinin xüsusi iş sahələri üzrə (sosial media, vergi, audit, insan qaynaqları və s.) menecerlərin hazırlanması məqsədilə təlimlər keçiriləcək. Müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflər və biznes müəssisələri də tərəfdaş qismində layihəyə cəlb ediləcək.

Proqramı uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək, ən başlıcası, iştirakçılar təlimlərdən faydalanaraq öz gələcək karyeralarını uğurla qurmaq imkanı qazanacaqlar.

Görüşdə layihənin davam etdirilməsi üzrə görüləcək birgə işlər müzakirə olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla