Valyuta məzənnəsi
Xəbər lentİ

Öz arzularını qayğılarına büküb, her gün neçesini öldüren Qadın - Şamil Ənvəroğlu

15:34, 09.07.19
azerbaycan, kose
Öz arzularını qayğılarına büküb, her gün neçesini öldüren Qadın - Şamil Ənvəroğlu

Xeberpress.az şair Şamil Ənvəroğlunun yeni şeirini təqdim edir:

Her birimizin etrafında var bele bir qadın.

- Nece qadın?

- Öz arzularını qayğılarına büküb, her gün neçesini öldüren qadın.
- Bir "ayının" pencesinde inleyerek her şeyden elini üzen qadın.
- Artıq qadınlığını çaresizliyinden sessiz bir daş olmağa deyişen qadın.
- QADINLIĞINI çoxdan unudub yaşam sebebi bir tek ANALIĞI olan qadın.
- Niye yaşadığını,neye göre var olduğunu hele de derk ede bilmeyen qadın...

- Dahası da varmı?

- Elbette,dinle hele...

Yalanlarla ovunan,
yalanlara sarılan,
yalanlardan qırılan,
ağrıdan serxoş qadın.

Teli sığaldan uzaq,
eli bir elden uzaq,
adı xoş dilden uzaq,
gözü her an yaş qadın.

Ne ummuşdu,ne gördü?
ne demişdi,ne duydu?
"heyat" deyilen buydu?
taleyi kemturş qadın.

Ne atadan yarıdı,
ne "yad oğlu" sarıldı,
adı ne vaxt anıldı?
her şeyden çıxdaş qadın.

Acıların sarvanı,
ağrıların ünvanı,
qırıq qelbler uzmanı,
bexti qara daş qadın.

Sevinci var,bir anlıq,
heyatı var,dumanlıq,
kimlerese qurbanlıq,
ümidi nimdaş qadın.

Üzündeki gülüşü,
"men xoşbextem" deyişi,
üzde razı baxışı,
içinde çaşbaş qadın.

İçinde derd yetişdi,
meyvesi gözden düşdü,
heç bilmedi ne işdi?
heyatı bomboş qadın.

Soldu üzü ağrıdan,
elin üzdü arzudan,
bir de gördü sonradan,
dönüb olub daş qadın.

ŞAMİL ƏNVƏROĞLU

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla