Valyuta məzənnəsi
Xəbər lentİ

Argentinanın sabiq prezidenti ağır vəziyyətdə klinikaya yerləşdirilib

12:52, 09.07.19
azerbaycan, dunya
Argentinanın sabiq prezidenti ağır vəziyyətdə klinikaya yerləşdirilib

Argentinanın sabiq prezidenti ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Argentinanın sabiq prezidenti Fernabdo de la Rua bazar ertəsi günü ağır vəziyyətdə Buenos-Ayresdəki Alexander Fleming klinikasına yerləşdirilib.

Todo Noticias portalının yaydığı məlumata görə, 81 yaşlı sabiq prezident (1999-2001) ürək və böyrək çatışmazlığından əziyyət çəkir. Onun vəziyyətinin ağır olaraq qalmasına baxmayaraq, ailəsi ümidini itirmir.

Fernabdo de la Rua yanvar ayında ürək problemi ilə əlaqədar xəstəxanada bir ay müalicə almışdı. Sabiq prezidentin səhhətində 2018-ci ildə də problemlər müşahidə olunmuşdu. Həmin vaxt o, iki dəfə infarkt keçirmişdi.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla