Valyuta məzənnəsi
Xəbər lentİ

Gürcüstanda “Rustavi 2” telekanalının qarşısında etiraz aksiyası

11:33, 09.07.19
azerbaycan, dunya
Gürcüstanda “Rustavi 2” telekanalının qarşısında etiraz aksiyası

Gürcüstanda “Rustavi 2” telekanalının qarşısında etiraz aksiyası keçirilir

Gürcüstanda əsas müxalifət hesab edilən “Vahid Milli Hərəkat” partiyasının nəzarətində olan “Rustavi 2” televiziya kanalının binası qarşısında etiraz mitinqi keçirilir.

Xeberpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, iştirakçılar telekanalın aparıcısı Giorgi Qabunianın həmişəlik işdən uzaqlaşdırılmasını və kanalın rəhbərliyinin dəyişdirilməsini tələb edirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər etirazları davam etdiriləcəyini bildiriblər.

“Rustavi 2” televiziya kanalının binası yaxınlığına polis əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, G.Qabunia aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya Prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib. “Rustavi 2” televiziyasının rəhbərliyi bununla bağlı tamaşaçılardan üzr istəyib, G.Qabunianı iki ay müddətinə işdən uzaqlaşdırıb.

Gürcüstan Prezidenti və Baş Naziri də jurnalistin hərəkətlərini pisləyib və onun bu addımını təxribat adlandırıblar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla