Valyuta məzənnəsi
Xəbər lentİ

ADA-da beynəlxalq konfrans keçirilir

10:55, 08.07.19
azerbaycan, medeniyyet
ADA-da beynəlxalq konfrans keçirilir

ADA Universitetində Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilir

İyulun 8-də ADA Universitetində Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən beynəlxalq konfrans işə başlayıb.

ADA Universiteti və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri Azərbaycanın Xarici İşlər nazirinin müavini, universitetin rektoru, səfir Hafiz Paşayev açıb. O deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti çətin bir tarixi yol keçib. Həmin illərdə diplomatlarımız ölkəmizin tarixində müstəsna rol oynayıblar. Müasir tariximizə baxsaq, artıq 30 ildir ki, Azərbaycan bu diplomatiyanı həyata keçirir. Müasir diplomatiyamızı da həyata keçirmək asan olmayıb.

Hafiz Paşayev deyib ki, ulu öndər Heydər Əliyev ən böyük diplomatımız olaraq, ölkəmizin həyatında müqayisəyəgəlməz rol oynayıb. Azərbaycan diplomatiyası xeyli uğurlara imza atıb. Xarici ölkələrin Azərbaycandakı diplomatik missiyalarının sayı 2004-cü ildə iki dəfə artıb. Bu amil ölkəmizin beynəlxalq əlaqələrinin göstəricisidir.

Konfransda Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanın xarici siyasət prioritetlərindən danışıb. Bildirib ki, ölkəmizin əsas xarici siyasət prioriteti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsidir.

Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Xarici İşlər naziri müasir müstəqil Azərbaycan dövlətinin yaranmasından və inkişafından, onun xarici siyasətindən danışıb.

Tədbir sessiyalarla davam edir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla