Valyuta məzənnəsi
Xəbər lentİ

ABŞ milyarderi Kris Klayn Baham adalarında helikopter qəzasında həlak olub

10:28, 05.07.19
azerbaycan, hadise
ABŞ milyarderi Kris Klayn Baham adalarında helikopter qəzasında həlak olub

ABŞ milyarderi Baham adalarında helikopter qəzasında həlak oldu

ABŞ milyarderi Kris Klayn Baham adalarında qəzaya uğramış helikopterdə olub. Xeberpress.az bildirir ki, bu barədə ABŞ-ın “Metro News” portalı məlumat yayıb.

Baham adalarından ABŞ-a uçan helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.

Kris Klayn ABŞ-ın Qərbi Virciniya ştatında yaşayırdı. “Forbes”in məlumatına görə, onun sərvəti 1,8 milyard dolları ötmüşdü.

Daha əvvəl “Associated Press” agentliyi Baham adalarından ABŞ-ın Florida ştatının Fort-Loderdeyl şəhərinə uçan helikopterin qəzaya uğraması və nəticədə 7 nəfərin həlak olması barədə xəbər yayıb. Həlak olanların hamısı ABŞ vətəndaşlarıdır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla