Valyuta məzənnəsi
Xəbər lentİ

Misir və ABŞ prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

09:43, 05.07.19
azerbaycan, dunya
Misir və ABŞ prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

Misir və ABŞ prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

Misir və ABŞ prezidentləri Əbdülfəttah əs-Sisi və Donald Tramp telefon danışığı zamanı regiondakı vəziyyəti, əsasən də Liviyada və Sudandakı vəziyyəti müzakirə ediblər.

Xeberpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Misir Prezidentinin dəftərxanasının rəsmi nümayəndəsi Bassam Radi məlumat yayıb.

Misir Prezidenti bildirib ki, onun ölkəsi Liviyanın birliyinin, sabitliyinin və təhlükəsizliyinin tərəfdarıdır, terrorçulara və silahlı qruplaşmalara qarşı mübarizə aparılmasında Liviyanın milli ordusunu dəstəkləyir.

ABŞ Prezidenti Donald Tramp bütün region üçün təhlükə yaradan Liviya böhranının həll olunmasının vacibliyini diqqətə çatdırıb və bu məsələdə birgə səylər göstərilməsinin zəruriliyini qeyd edib.

Sudanda yaranmış vəziyyətlə bağlı Əbdülfəttah əs-Sisi deyib ki, Misir qardaş Sudan xalqının seçimini və iradəsini dəstəkləyir, bu ölkənin suverenliyinə hörmətlə yanaşır və onun daxili işlərinə qarışmamaq prinsipinə riayət edir.

Misir və ABŞ liderləri söhbət zamanı, həmçinin iki ölkə arasında strateji əlaqələr və əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla