Valyuta məzənnəsi
Xəbər lentİ

Nazir Ramin Quluzadə Gəncədə vətəndaşlarla görüşəcək

12:45, 04.07.19
azerbaycan, bolge
Nazir Ramin Quluzadə Gəncədə vətəndaşlarla görüşəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Gəncə və Göygöldə vətəndaşlarla görüşəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayevin növbəti vətəndaş qəbullarının vaxtı bəlli olub.

Xeberpress.az-ın məlumatına görə, Nazirlikdən bildirilib ki, nazir R.Quluzadə iyulun 12-də saat 12:00-da Gəncə şəhərində Gəncə və Goranboy sakinlərini, nazirin birinci müavini Ə.Abdullayev isə həmin tarixdə saat 12:00-da Göygöldə rayon sakinlərini qəbul edəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 Çağrı mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər. Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt şöbələri və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Bunun üçün vətəndaşlardan Gəncə şəhərində - (022) 2671059, Goranboy rayonunda - (022) 2452106, Göygöl rayonunda - (022) 2055013 nömrəli telefona zəng etmələri xahiş olunur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla