Valyuta məzənnəsi
Xəbər lentİ

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrinin yekun dövlət attestasiyası keçirilir - FOTO

13:59, 03.07.19
azerbaycan, iqtisadiyyat
Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələrinin yekun dövlət attestasiyası keçirilir - FOTO

Dövlət Gömrük Komitəsinin Akademiyasının "İqtisadiyyat" ixtisası üzrə tələbələrinin yekun dövlət attestasiyası (buraxılış işinin müdafiəsi) keçirilir.

Xeberpress.az bildirir ki, iyulun 3-də Dövlət Gömrük Komitəsinin inzibati binasında keçirilən imtahan prosesində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, "İqtisadiyyat" ixtisası üzrə komissiyanın sədri - Vergilər naziri Mikayıl Cabbarov, eyni zamanda DGK-nın müvafiq strukturlarının rəhbərləri, Gömrük Akademiyasının, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad məktəbinin, Milli Aviasiya Akademiyasının professor-müəllim heyəti iştirak ediblər.

İmtahandan əvvəl çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov Akademiyanın "İqtisadiyyat" ixtisası üzrə bitirən tələbələr barədə məlumat verib, onların bir sıra dövlət qurumlarında-İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Auditorlar Palatası, Maliyyə Bazarlarına Nəzarət Palatasında təcrübə keçdiklərini bildirib və gənclərə yekun dövlət attestasiyasında müvəffəqiyyətlər arzulayıb.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Vergilər Naziri Mikayıl Cabbarov tələbələrə uğurlar arzulayaraq ali təhsilin ilk pilləsində qazandıqları biliklərin şəxsiyyətlərinin formalaşmasında və gələcək fəaliyyətlərinin qurulmasında mühüm rol oynayacağını bildirib, mövcud potensiallarından səmərəli şəkildə istifadə edərək daima dövlətə, xalqa və dövlətçiliyə sədaqətlə xidmət etməyi tövsiyə ediblər.

Sonra tələbələr seçdikləri mövzuya uyğun buraxılış işlərini təqdim edib, imtahan komissiyası üzvlərinin suallarını ətraflı cavablandırıblar.

Xatırladaq ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasında "İqtisadiyyat" ixtisası üzrə 22 tələbənin təhsili başa vurması gözlənilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla