Valyuta məzənnəsi
Xəbər lentİ

Növbəti hədəfim “Tokio 2020”də qalib gəlməkdir - Rafael Ağayev

09:22, 02.07.19
azerbaycan, idman
Növbəti hədəfim “Tokio 2020”də qalib gəlməkdir - Rafael Ağayev

Avropa Oyunlarına gedəcəyim sual altında idi. Buna baxmayaraq, bir neçə günlük məşqlərdən sonra komandanın həkimlərinin razılığını aldım. Qrupdakı rəqiblərim gənc və güclü idilər. Lakin qrupdan birinci olaraq növbəti mərhələyə yüksəldim.

Xeberpress.az bildirir ki, bu fikirləri Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında sonra Vətənə dönən karateçimiz Rafael Ağayev AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə səsləndirib.

Azərbaycana gümüş medal qazandıran təcrübəli idmançı deyib: “Gümüş medal qazanmağımı zədələrimlə bəhanə etmək istəmirəm. Sadəcə olaraq demək istəyirəm ki, finalda hakimlər nədənsə iki xalımı görmədilər. Amma bu, mənim üçün bir təcrübə oldu. Bundan sonra daha da səylə çalışacağam. Karate Olimpiya idman növü olandan sonra burada qalib gəlmək daha da çətinləşib. Rafael qocalmayıb, mən özümü hələ cavan hiss edirəm və düşünürəm ki, Azərbaycana daha çox medal qazandırmaq şansım var”.

Gələcək planları haqqında da danışan Rafael Ağayev deyib: “Növbəti hədəfim “Tokio 2020”də qalib gəlməkdir. Hazırda bir neçə zədəm var, onları sağaldıb gələcəkdə daha böyük uğurlar qazanacağıma əminəm”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla