Valyuta məzənnəsi
Xəbər lentİ

İki gün ərzində bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

11:24, 24.10.16
azerbaycan, cemiyyet
İki gün ərzində bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Bakıda iki gün ərzində bəzi yollarda hərəkətə məhdudiyyətlər qoyulacaq.

Bu barədə Milli.Az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Xeberpress.az xəbər verir ki, bölmə rəisinin sözlərinə görə, Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycana rəsmi səfərdə olması ilə əlaqədar paytaxt Bakıda keçiriləcək əhəmiyyətli tədbirlərdə onun və digər rəsmi qonaqların iştirak edəcəyini nəzərə alaraq Bakı şəhər DYPİ əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə fasilələrlə bəzi küçə və prospektlər üzrə məhdudiyyətlər qoyularaq istiqamət dəyişdirilir:

"Bu gün saat 15:00-dan Bakı-Salyan yolunun 14-cü km-dən, yəni "Sədərək" t/m dairəsindən 3-cü Kənar Dairəvi yol istiqamətində avtomobillərin hərəkəti, eyni zamanda, Bayıl qəsəbəsindən Əhəd Yaqubov küçəsi ilə 20-ci Sahə istiqamətinə, 20-ci Sahədən isə Dağıstü yolla Badamdar qəsəbəsi istiqamətində müəyyənləşdirilib.

Həmçinin, paytaxtın mərkəzi küçələrində, yəni Neftçilər prospekti, Yusif Səfərov, Koroğlu Rəhimov küçələri, Heydər Əliyev prospekti, Parlament prospekti, Teymur Elçin, Niyazi, Lermontov, İstiqlaliyyət küçələri və onlara bitişən digər yollar üzrə avtomobillərin fasilələrlə hərəkətinə hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək. Bu ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması üçün sürücülərdən xahiş edilir ki, 25 oktyabr 2016-cı il tarixinədək həmin istiqamətdə şəxsi avtomobillərdən az istifadə etsinlər".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla