Valyuta məzənnəsi
Xəbər lentİ
 14:34  Sabahın HAVASI

"Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək

10:19, 07.06.19
azerbaycan, cemiyyet
 "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək

"Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək

Xeberpress.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə 10 iyun 2019-cu il tarixdə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək.

Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi əmək yarmarkasının keçirilməsində məqsəd gənclərin məşğulluğunun təmin edilməsinə köməkliyin göstərilməsidir.

“Park Inn” otelində saat 10:00-da başlayacaq əmək yarmarkasında gənclər təklif olunan müxtəlif vakasiya və təcrübə proqramlarına müraciət edə biləcəklər.
Əmək yarmarkasında iştirak etmək istəyənlər mezun@unec.edu.az ünvanına CV göndərə bilər. Məlumat üçün bildirək ki, elektron CV bazası müfaviq dövlət qurumları, təşkilat və şirkətlərə təqdim ediləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla