Valyuta məzənnəsi
Xəbər lentİ
 14:34  Sabahın HAVASI

Bakıda əsl futbol bayramı yaşanır - Rusiyalı azarkeşlər

16:14, 29.05.19
azerbaycan, idman
Bakıda əsl futbol bayramı yaşanır - Rusiyalı azarkeşlər

Rusiyalı azarkeşlər: Bakıda əsl futbol bayramı yaşanır

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa bilet alanda həlledici görüşdə hansı komandaların qarşılaşacağı hələ müəyyənləşməmişdi. Dostumla birgə final matçını Bakıda izləmək qərarına gəldik. Bakını gəzərkən necə doğru qərar verdiyimizə bir daha əmin olduq. Çünki Azərbaycanla bağlı təəssüratlarımız çox yüksəkdir. Qarşılaşmanı izləmək üçün Bakını seçdiyimizə görə məmnunuq. Oyundan sonra bir müddət ölkənizdə qalıb istirahət edəcək, gəzəcəyik.

Xeberpress.az bildirir ki, bunu UEFA Avropa Liqasının final oyununu izləmək üçün dostu Vitali Romanovla birlikdə Bakıya gələn rusiyalı Yevgeni Şişov AZƏRTAC-a müsahibəsində deyib.

Rusiyalı turistlər Azərbaycan mətbəxinin ləziz təamlarından daddıqlarını, daha çox şirniyyatları bəyəndiklərini diqqətə çatdırıblar.

Vitali Romanov təəssüratlarını bölüşərkən bildirib: “Bakıda əsl futbol həyəcanı yaşanır. Sanki Bakı şəhərinin özü böyük bir futbol arenasına çevrilib. Şəhərdə xoş ab-hava hökm sürür. İnsanlar böyük oyunu səbirsizliklə gözləyirlər. Əminəm ki, bu gün maraqlı oyunun şahidi olacağıq”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla