Valyuta məzənnəsi
Xəbər lentİ
 14:34  Sabahın HAVASI

Biz hər zaman idmanı siyasi məsələlərdən ayırmışıq - Azad Rəhimov

15:35, 23.05.19
azerbaycan, idman
Biz hər zaman idmanı siyasi məsələlərdən ayırmışıq - Azad Rəhimov

Associated Press: “Arsenal” klubuna hərtərəfli təhlükəsizlik planı təqdim olunub

“Arsenal” klubu ilə uzun danışıqlardan sonra futbolçu Henrix Mxitaryan təhlükəsizlk məsələləri ilə bağlı Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçına getməyəcəyini bəyan edib.

Bu barədə “Associated Press” agentliyinin məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, UEFA ölkə rəhbərliyindən H.Mxitaryanın təhlükəsizliyi ilə bağlı təminat alıb və “Arsenal” klubuna hərtərəfli təhlükəsizlik planı təqdim olunub.

O da vurğlanır ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası H.Mxitaryan və “Arsenal”ın qərarını "əsassız" adlandırıb. Bildirilib ki, Azərbaycan tərəfindən təqdim olunan təminatın ciddiliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur.

Məqalədə, həmçinin Gənclər və İdman naziri Azad Rəhimovun açıqlaması da yer alıb:

“Biz hər zaman idmanı siyasi məsələlərdən ayırmışıq və bu, əlbəttə ki, Mxitaryana da aiddir”.

H.Mxitaryan Bakıya gəlməyəcəyini bəyan etdikdən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq onun təhlükəsizliyinin təmin olunduğunu bildirib və Ermənistanı manipulyasiyada ittiham edib:

“Ermənistan Xarici İşlər Nazirliyinin "Arsenal" futbol klubunun erməni əsilli oyunçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlaması, bu ölkənin daxili-siyasi problemləri səbəbindən idmanı siyasi vasitəyə çevirmək cəhdlərindən xəbər verir”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla