Valyuta məzənnəsi
Xəbər lentİ
 14:34  Sabahın HAVASI

Naxçıvan Dövlət Universitetinin tələbələri Qars Qafqaz Universitetində təcrübə keçiblər

16:02, 22.05.19
azerbaycan, bolge
Naxçıvan Dövlət Universitetinin tələbələri Qars Qafqaz Universitetində təcrübə keçiblər

Naxçıvan Dövlət Universitetinin tələbələri Qars Qafqaz Universitetində təcrübə keçiblər

Naxçıvan Dövlət Universiteti (NDU) Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələri Türkiyənin Qars Qafqaz Universitetində birhəftəlik təcrübə keçiblər.

Xeberpress.az bildirir ki, NDU-nun televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, Qars Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapu, Baytarlıq təbabəti fakültəsinin dekanı, professor Mete Cihan 3 müəllim və 11 tələbədən ibarət 14 nəfərlik heyəti qəbul ediblər.

Təcrübəçi tələbələr klinik təcrübənin keçirilmə planına uyğun olaraq qaramal və qoyun saxlanılan binalar, sağım sexi, yem tədarükü məntəqəsi, laboratoriya heyvanları şöbəsi ilə tanış olublar.

Əvvəlcə klinik müayinə və laboratoriya dərslərində iştirak edən tələbələrə Cərrahiyyə kafedrasının professoru İsa Özaydın xəstə heyvanların qəbulu, qeydiyyatı, onların müayinə üsulları, qan və digər analizlərin götürülməsi qaydaları haqqında məlumat verdikdən sonra cərrahiyyə praktikasında istifadə olunan müxtəlif növ tikiş üsulları haqqında danışıb. Tələbələr cərrahlarla birgə müxtəlif mürəkkəb əməliyyatlarda iştirak ediblər.

Yoluxmayan daxili xəstəliklər kafedrasında tələbələrə laboratoriya avadanlıqları və heyvanları ilə tanışlıq, vakuum şprislər vasitəsilə heyvanlardan qan alınması və sonradan onun fraksiyalara bölünməsi, heyvanlara müxtəlif üsullarla dərman maddələrinin yeridilməsi texnikası öyrədilib.

Tələbələrə sahə üzrə müvafiq kitablar verilib.

Səfər çərçivəsində Qars şəhərinin tarixi-mədəni yerlərinə ekskursiyalar da təşkil olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla