Valyuta məzənnəsi
Xəbər lentİ
 14:34  Sabahın HAVASI

Azərbaycan Gənclər və İdman Nazirliyi piylənmə ilə mübarizə gününə həsr olunmuş xeyriyyə aksiyası keçirəcək

15:37, 17.05.19
azerbaycan, cemiyyet
Azərbaycan Gənclər və İdman Nazirliyi piylənmə ilə mübarizə gününə həsr olunmuş xeyriyyə aksiyası keçirəcək

Piylənmə ilə mübarizə gününə həsr olunmuş xeyriyyə aksiyası keçiriləcək

Artıq çəki və piylənmə müasir dövrdə bütün dünyada cəmiyyət və səhiyyə qarşısında duran ən böyük problemlərindən biridir. İctimaiyyətin piylənmə probleminə diqqətini cəlb etmək məqsədilə, 2010-cu ildən etibarən, ənənəvi olaraq, hər il may ayında Avropa ölkələrində piylənmə ilə mübarizə günü keçirilir.
Xeberpress.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyi Milli İdman və Reabilitasiya İnstitutu bu təşəbbüsə qoşularaq saat 7:00-dən 18 may, 2019-cu il tarixində Dənizkənarı Park ərazisində “Saat qülləsi” yanında təşkil olunacaq məntəqədə xeyriyyə aksiyası keçiriləcək.

Aksiya çərçivəsində müraciət edən əhalinin həkim müayinəsindən keçirilməsi, bəzi laborator müayinələrin aparılması, artıq çəki və piylənmə problemləri aşkar olunmuş şəxslərə müxtəlif ixtisaslı həkimlər tərəfindən lazımı tövsiyələrin verilməsi nəzərdə tutulur.

Piylənmə ürək-damar xəstəlikləri, insult, şəkərli diabet, metabolik sindrom, mədə-bağırsaq problemləri, tənəffüs sistemi xəstəlikləri, sonsuzluq, bəzi xərçəng növləri kimi bir çox xəstəliklərin yaranmasının səbəbi ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, 1975-ci ildən hazırki vaxta qədər piylənmə ilə əhalinin sayı 3 dəfəyə qədər artmışdır. Ölkəmizdə kişilərin 50.6%, qadınların isə 60.1% artıq çəkidən əziyyət çəkir və dünyanın əksər ölkələrində olduğu kimi, bu cür insanların sayı gündən-günə artmaqdadır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla