Valyuta məzənnəsi
Xəbər lentİ
 09:37  Manat BUGÜN

İlk Azərbaycan Gənclər İnternet İdarəçilik Forumu təşkil olunacaq

11:20, 14.05.19
azerbaycan, cemiyyet
İlk Azərbaycan Gənclər İnternet İdarəçilik Forumu təşkil olunacaq

İlk Azərbaycan Gənclər İnternet İdarəçilik Forumu təşkil olunacaq

Mayın 31-dən iyunun 3-dək ölkəmizdə ilk Azərbaycan Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək.

Bu barədə mayın 14-də keçirilən mətbuat konfransında Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli deyib.

Onun sözlərinə görə, forum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Gənclər Fondu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə “İnnovasiya Festivalı” çərçivəsində baş tutacaq. Məqsəd Azərbaycan və region ölkələrindən olan gəncləri bir araya toplayaraq rəqəmli sahə üzrə inkişaf tendensiyalarının müzakirə və şərh edilməsidir. Üçgünlük foruma müxtəlif ölkələrdən, əsasən 17-29 yaşarası gənclər qatılacaq.

Forumda “İnternet idarəçiliyinin əsas prinsipləri”, “Gənclərin fikirlərinin formalaşmasında sosial medianın rolu” və “Gənclər üçün internetin biznes imkanları - ideyaların gerçəkləşməsi” adlı seminarların keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, “Gənclərin davamlı inkişafı üçün internet idarəçiliyi nə qədər vacibdir?”, “Qlobal, yoxsa spesifik internet - gənclərin fərqli dəyərlərə münasibəti”, “İnterneti uşaqlar və gənclər üçün necə təhlükəsiz etmək olar?” və digər mövzular üzrə müzakirələr aparılacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla