Valyuta məzənnəsi

Bu prospektdə xətlərin rənglənməsi işləri aparılır - Sürücülərin NƏZƏRİNƏ

13:33, 08.05.19
azerbaycan, cemiyyet
Bu prospektdə xətlərin rənglənməsi işləri aparılır - Sürücülərin NƏZƏRİNƏ

Bakı şəhəri, Nobel prospektində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Xeberpress.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, analoji işlər Rəşid Behbudov küçəsində saat 22:00-dan səhər saatlarına kimi aparılacaq.

Gecə saatlarında həmçinin, Kövsər Səfərəliyeva və Nizami küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq.

Bununla əlaqədar olaraq sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla