Valyuta məzənnəsi
Xəbər lentİ

Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov və əməkdaşları“Bakı Marafonu 2019”da iştirak etdilər - FOTO

13:21, 06.05.19
azerbaycan, siyaset
Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov və əməkdaşları“Bakı Marafonu 2019”da iştirak etdilər - FOTO

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” keçirilmişdir.

Xeberpress.az xəbər verir li, Bakı Marafonu 2019-da Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, şöbə müdiri Orxan Əbilov və fondun digər əməkdaşları da fəal iştirak etdilər.

“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan marafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyır.
Hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu dəfə 22 min 320 şəxs qeydiyyatdan keçib.

Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlərlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub.

Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov və əməkdaşları“Bakı Marafonu 2019”da iştirak etdilər - FOTO
Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov və əməkdaşları“Bakı Marafonu 2019”da iştirak etdilər - FOTO
Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov və əməkdaşları“Bakı Marafonu 2019”da iştirak etdilər - FOTO

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla