Valyuta məzənnəsi
Xəbər lentİ

Bakıda Türk Şurasının media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VII toplantısı işə başlayıb

10:33, 06.05.19
azerbaycan, siyaset
Bakıda Türk Şurasının media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VII toplantısı işə başlayıb

Bakıda Türk Şurasının media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VII toplantısı işə başlayıb

Mayın 6-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun VII toplantısı işə başlayıb.

Mayın 7-də isə Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin II toplantısı keçiriləcək.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının təşkilatçılığı ilə keçirilən tədbirlərdə Türk Şurası katibliyinin rəhbərliyi, üzv dövlətlərin – Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Qırğızıstanın informasiya və media üzrə yüksəkvəzifəli rəsmiləri, milli ictimai televiziya kanallarının, AZƏRTAC, Anadolu, Kazinform, Kabar milli informasiya agentliklərinin məsul şəxsləri iştirak edirlər.

İşçi qrupunun toplantısında VI iclasdan sonrakı dövrdə görülən işlərə nəzər salınacaq, Türk Şurasının üzv dövlətləri arasında media və informasiya sahəsində əməkdaşlığın inkişafı, türk xalqlarının tarixi və mədəniyyəti barədə videofilmlərin və cizgi filmlərinin hazırlanması, milli ictimai televiziya kanallarının nümayəndələrindən ibarət əlaqələndirici qrupun yaradılması, çoxtərəfli texniki əməkdaşlıq protokolu layihəsinin tərtib olunması, Beynəlxalq Türkdilli Xəbər Kanalının təsis edilməsi, beynəlxalq media forumlarında Türk Şurasının iştirakı, media ekspertləri üçün proqram mübadiləsi və təlim kurslarının təşkili, nazirlərin toplantısının gündəliyinin layihəsi, işçi qrupunun növbəti iclasının vaxtı və yeri, həmçinin digər məsələlər müzakirə ediləcək.

İnformasiya və media üzrə məsul nazirlərin və yüksəkvəzifəli rəsmilərin iki sessiyadan ibarət toplantısında isə ikitərəfli görüşlər keçiriləcək, gündəlikdə olan məsələlər və işçi qrupunun toplantısının yekunları müzakirə ediləcək, milli ictimai televiziya kanalları arasında çoxtərəfli texniki əməkdaşlıq protokolunun imzalanması mərasimi olacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla