Valyuta məzənnəsi

Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü keçirilir

13:01, 02.05.19
azerbaycan, siyaset
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü keçirilir

Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü keçirilir

Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu açılış mərasimindən sonra işini “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü ilə davam etdirir.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına, tədbirin moderatoru, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai 2016-cı il yanvarın 1-də dünya ölkələrinin liderlərinin bir araya gələrək qəbul etdikləri 17 Dayanıqlı İnkişaf Məqsədinin əsas vəzifəsinin hazırda bəşəriyyətin inkişafının qarşısında duran əsas problemlərin həll edilməsi olduğunu deyib.

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif belə mühüm Forumda iştirakından məmnunluğunu ifadə edərək, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Al-Naşif bildirib ki, bu gün insanların fikirlərində sülhü və təhlükəsizliyi təbliğ etməyə ehtiyac var. O qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün dialoqun və tərəfdaşlığın mühüm rolu var.

Xatırladaq ki, mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla