Valyuta məzənnəsi
Xəbər lentİ
 09:37  Manat BUGÜN

Nazir Ramin Quluzadə Şamaxıda vətəndaşlarla görüşəcək

12:34, 01.05.19
azerbaycan, bolge
 Nazir Ramin Quluzadə Şamaxıda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Şamaxıda vətəndaşlarla görüşəcək

Xeberpress.az bildirir ki, Mayın 3-də saat 12:30-da Şamaxı rayonunda Şamaxı və Qobustan rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlarla görüş keçiriləcək.

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Bunun üçün:

Şamaxı rayonunda 020 2651307
Qobustan rayonunda 020 2452330

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla