Valyuta məzənnəsi
Xəbər lentİ
 09:37  Manat BUGÜN

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Əsgər bayramı” adlı möhtəşəm tədbir keçirilib - FOTO

10:46, 01.05.19
azerbaycan, medeniyyet
 Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Əsgər bayramı” adlı möhtəşəm tədbir keçirilib - FOTO

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Əsgər bayramı” adlı tədbir keçirilib

Aprelin 30-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərin iştirakı ilə “Əsgər bayramı” adlı tədbir keçirilib.

Milli Məclisin deputatlarının, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Respublika Veteranlar Təşkilatının səlahiyyətli nümayəndələrinin, Gənclər Təşkilatları Milli Şurasının, Tələbə Gənclər Təşkilatları İttifaqının fəallarının iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Silahlı Qüvvələrimizin hərbi qüdrətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə ordu quruculuğu istiqamətində görülən tədbirlərdən danışıb. Bildirib ki, hələ ötən əsrin sonlarından Azərbaycanın məcburən cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində torpaqlarımızın 20 faizinin işğalı bu gün də davam edir. 2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, minlərlə hektar ərazi əsgərlərimizin tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıldı və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Erməni xalqı artıq bilir ki, Azərbaycan torpaqlarında onlara yer yoxdur. Ermənistan ictimaiyyəti, eyni zamanda, dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu ilə azad olunması mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir. Aprel döyüşləri Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan hərbi yolla azad etməyə qadir olduğunu bir daha göstərdi. Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bir qarış torpağını da düşmənə güzəştə getməyəcək və ölkəmizin ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu ola bilməz.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu, dövlət-gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Sonra xidmətdə fərqlənmiş hərbçilərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.

 Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Əsgər bayramı” adlı möhtəşəm tədbir keçirilib - FOTO
 Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Əsgər bayramı” adlı möhtəşəm tədbir keçirilib - FOTO
 Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Əsgər bayramı” adlı möhtəşəm tədbir keçirilib - FOTO
 Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Əsgər bayramı” adlı möhtəşəm tədbir keçirilib - FOTO
 Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Əsgər bayramı” adlı möhtəşəm tədbir keçirilib - FOTO
 Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Əsgər bayramı” adlı möhtəşəm tədbir keçirilib - FOTO

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla