Valyuta məzənnəsi
Xəbər lentİ

Ukraynada səsvermə xırda problemləri çıxmaq şərti ilə yaxşı təşkil olunub - Naqif Həmzəyev

09:47, 22.04.19
azerbaycan, siyaset
Ukraynada səsvermə xırda problemləri çıxmaq şərti ilə yaxşı təşkil olunub - Naqif Həmzəyev

Ukraynada səsvermə xırda problemləri çıxmaq şərti ilə yaxşı təşkil olunub

Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə prosesi xırda texniki problemləri çıxmaq şərti ilə çox yaxşı təşkil olunub.

Xeberpress.az bildirir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində səsvermə prosesini izləyən Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev söyləyib.

Onun sözlərinə görə, məntəqələrdə seçici fəallığı müşahidə edilir. AŞPA müşahidə missiyası 20-dən çox məntəqədə olub. Daha bir məntəqədə bülletenlərin sayılması prosesini izləyəcəklər.

N.Həmzəyev bildirib ki, sabah səhər AŞPA müşahidə missiyası seçkilərlə bağlı yekun münasibətini açıqlayacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla