Valyuta məzənnəsi
Xəbər lentİ

Oğlum 56 min dollar təqaüd almayacaq, o, sadəcə 18 min dollar təhsil haqqından azad edilib - Yasinin atası

16:16, 19.04.19
azerbaycan, cemiyyet
Oğlum 56 min dollar təqaüd almayacaq, o, sadəcə 18 min dollar təhsil haqqından azad edilib - Yasinin atası

ABŞ-ın bir çox universitetlərinə qəbul alan Yasin Quliyevin atası sosial şəbəkələr və bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.

Xeberpress.az xəbər verir ki, Gəncin atası Yasin Quliyev Trend-ə bildirib ki, oğlu saytlarda deyildiyi kimi, 56 min dollar təqaüd almayacaq. Y.Quliyevin sözlərinə görə, oğlu ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyəni seçib:

“Bu proseslər bir günün içində baş verməyib, Yasin xeyli müddətdir ki ABŞ-dan qəbul alıb, o cümlədən də Bahçeşehir Universitetində təhsil haqqından azad olunub. Ancaq biz düşündük ki, o, Türkiyənin Sabancı universitetində oxusun".

Oğlunun 56 min dollar təqaüd alacağı ilə yayılan xəbərlərə gəldikdə isə, Y.Quliyev bunu təkzib edib:

“Heç kəs Yasinə 56 min dollar pul verməyəcək. Oğlumun ixtisası üzrə (Kompüter mühəndisliyi) illik təhsil haqqı 18 min dollardır. Universitet Yasini təhsil haqqından azad edib. Ödəniş yalnız yaşayış üçün olacaq”.

Yasin Quliyev hazırda fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyur.


***


17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq

17 yaşlı azərbaycanlı şagirdin Sabancı Universitetindən 56 min dollar təqaüd qazanması sosial şəbəkələrdə maraqla qarşılanıb.

Xeberpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu günə kimi informasiya texnologiyaları sahəsində uğurları ilə mətbuatda adından söz açdıran Yasin Quliyev dünyanın bir çox nüfuzlu universitetlərində (University of Massachusetts Boston, University of South Florida, Illinois State University, Bahçeşehir Unveristesi) tam burs qazanıb.

Ancaq onun seçimi Sabancı Universiteti olub. Belə ki, Yasin bundan sonra təhsilini "Kompüter Mühəndisliyi" bölümündə davam etdirəcək.

Xatırladaq ki, Yasin "II Robot Olimpiadası"nda "Hardware Control" kateqoriyası üzrə birinci olmuşdu. Meksikada keçirilən "First Global" beynəlxalq robot-texnika yarışında iştirak etmək haqqı qazansa da, maddi dəstək olmadığından buna nail ola bilməyib.

Qeyd edək ki, Y. Quliyev "Ankara məktəbi" məktəb-liseyi, "İstək" liseyində təhsil alıb. Hazırda isə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində 11-ci sinifdə oxuyur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla