Valyuta məzənnəsi
Xəbər lentİ

Bu gün Bakıda ikinci Türkiyə-Azərbaycan onkologiya günləri konqresi başlayıb

10:05, 21.10.16
azerbaycan, cemiyyet
Bu gün Bakıda ikinci Türkiyə-Azərbaycan onkologiya günləri konqresi başlayıb

Oktyabrın 21-də Bakıda ikinci Türkiyə-Azərbaycan onkologiya günləri konqresi öz işinə başlayıb.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Tibbi Onkologiya Dərnəyinin və Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü ilə keçirilən konqresdə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin ən aktual problemləri, habelə müasir onkologiyanın qarşısında duran vəzifələr müzakirə edilir.

Açılış mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev konqresin işinə uğurlar arzulayıb.

Türkiyə Tibbi Onkologiya Dərnəyinin rəhbəri Ahmet Özet konqresin Azərbaycan və Türkiyə onkoloqları arasında əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması, eləcə də onkologiya sahəsində ən son nailiyyətlərin müzakirəsini reallaşdırmaq üçün imkan yaradılması məqsədilə keçirildiyini deyib.

Konqresin həmsədrləri Necati Alkış (Türkiyə) və Azad Kərimli (Azərbaycan) çıxışlarında hər iki ölkənin mütəxəssislərinin onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində öz tədqiqat və təcrübələrinin sirlərini bölüşəcəklərinə əminliklərini ifadə ediblər. Bildirilib ki, iki gün davam edəcək konqresdə onkoloji patologiyaların diaqnostikası və müalicəsinin təfərrüatları, elm, tibb və səhiyyənin müxtəlif aktual problemləri, onkologiya qarşısında duran vəzifələr və onların potensial həlli yolları da daxil olmaqla, bir çox mövzular da sessiyalarda müzakirə ediləcək.

Sonra konqres işini sessiyalarda davam etdirib. Gün ərzində, eləcə də oktyabrın 22-də müxtəlif mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla