Valyuta məzənnəsi
Xəbər lentİ

Putin soydaşımızı medalla təltif ediib

14:22, 10.04.19
azerbaycan, medeniyyet
Putin soydaşımızı medalla təltif ediib

Rusiya Prezidenti soydaşımızı mükafatlandırıb

Soydaşımız Ruslan Bayramov “Vətən qarşısında xidmətlərə görə” ordenin II dərəcəli medalı ilə təltif edilib.

Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Kaluqa vilayətində həyata keçirilən “ETNOMİR” layihəsinin rəhbəri, “Mədəniyyətlərin dialoqu-vahid dünya” Beynəlxalq Xeyriyyə Cəmiyyətinin prezidenti, azərbaycanlı Ruslan Bayramov “Vətən qarşısında xidmətlərə görə” ordenin II dərəcəli medalı ilə təltif edilib. Fərmanın mətni hüquqi informasiya rəsmi internet-portalında yerləşdirilib.

Ruslan Bayramov bu mükafata Rusiyanın mədəni və tarixi irsinin qorunması və təbliği sahəsində fəaliyyətinə görə layiq görülüb.

Həmyerlimiz Azərbaycanın Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub. Onun həyata keçirdiyi əsas layihələrdən biri unikallığı ilə seçilən və dünya xalqlarının həyat tərzi, ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı verən “ETNOMİR” mədəniyyət-təhsil turizm mərkəzidir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla